Dünya

Yaponiya Türkiyə parlamentinin qərarını dəstəkləyib

Sharing is caring!


“Yaponiya hökuməti beynəlxalq təhlükəsizlik sahəsində yaranmış çətin vəziyyəti nəzərə alaraq, Türkiyə parlamentinin İsveçin NATO-ya daxil olması ilə bağlı protokolun ratifikasiyası barədə qərarını dəstəkləyir”.

Bunu Yaponiya Nazirlər Kabinetinin baş katibi Yosimasa Hayasi deyib.

O, bildirib ki, Tokio İsveçin NATO-ya üzv olmaq üçün müraciət etmək qərarını dəstəkləyir və üzvlük prosesini başa çatdırmaq üçün göstərilən səylərə hörmət edir.

“Yaponiya hökuməti hesab edir ki, beynəlxalq təhlükəsizlik mühiti getdikcə pisləşdiyi üçün, həmfikir ölkələr arasında əməkdaşlıq daha da vacib olur” – deyə nazir Türkiyə parlamentində səsvermənin nəticələrinə münasibət bildirərkən vurğulayıb.

Hayasinin sözlərinə görə, İsveçin alyansa qoşulması beynəlxalq hüququn aliliyinin təmin edilməsinə, həmçinin azad və açıq Hind-Sakit okean regionu konsepsiyasının təmin olunmasına töhfə verəcək.

Xatırladaq ki, yanvarın 23-də Türkiyə Parlamenti (TBMM) İsveçin alyansa qoşulması ilə bağlı protokolun ratifikasiyası haqqında qanun layihəsini təsdiqləyib. Hazırda parlamenti hələ də İsveçin müraciətini ratifikasiya etməyən yeganə NATO ölkəsi Macarıstandır.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir