Dünya

Danimarkada üzərində run əlifbası ilə yazıların həkk edildiyi bıçaq aşkar olunub – VİDEO

Sharing is caring!


Danimarkalı arxeoloqlar ölkədə indiyə qədər aşkar edilmiş ən qədim bıçağı tapdıqlarını açıqlayıblar.

Mütəxəssislər qeyd ediblər ki, 2 000 il əvvələ aid bıçağın üzərində qədim Skandinaviyada istifadə edilən run simvollarından ibarət yazılar həkk olunub.

Bıçaq Danimarkanın tərkibində olan Fyun adasının ərazisində aşkar edilib.

Artıq tapıntı Danimarka Milli Muzeyinə təhvil verilib.

Mənbə: Euronews

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir