Dünya

Başqırdıstanda 75 yaşlı qadının öldüyü dəhşətli qəzanın görüntüləri yayıldı – VİDEO

Sharing is caring!


Başqırdıstanda 75 yaşlı qadının öldüyü dəhşətli qəzanın görüntüləri yayılıb.

Tuymazı rayonunda baş verən qəzada yük maşını ilə “Chevrolet Aveo” avtomobili toqquşub.

“Chevrolet Aveo” əsas yola çıxıb və “Scania” markalı yük maşınına yol verməyib. Toqquşma nəticəsində yaranan güclü zərbə kiçik avtomobili yolun kənarına tullayıb.

Hadisə nəticəsində avtomobil sürücüsünün həyat yoldaşı olan 75 yaşlı qadın yaralanıb və təcili tibbi yardım gələnə qədər dünyasını dəyişib.

“Chevrolet”in sürücüsü isə ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Mənbə: GTRK.Başkordostan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir