Dünya

“Real Madrid” “Almeriya”dan qələbəni qopardı – VİDEO

Sharing is caring!


İspaniya çempionatının XXI turunun matçında “Real Madrid” doğma meydanda “Almeriya”ya qalib gəlib.

Görüş 3:2 hesabı ilə başa çatıb. Qaliblərin qollarını Cud Bellinqem (57-ci dəqiqə, penalti), Vinisius Junior (70) və Daniel Karvaxal (90+9) vurub. Qonaqların qollarını Larji Ramazani (1) və Edqar Qonsales (43) vurub.

Karlo Ançelottinin rəhbərlik etdiyi komanda 51 xal toplayaraq La Liqanın turnir cədvəlində birinci pilləyə yüksəlib, “Almeriya” 6 xalla sonuncu, 20-ci yerdədir.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir