Dünya

Berlində fermerlər mərkəzi küçəni bağlayıblar

Sharing is caring!


Almaniyanın paytaxtı Berlin şəhərinin mərkəzində fermerlər kənd təsərrüfatı texnikası ilə 17 İyun küçəsini bağlayıblar.

Məlumata görə, hazırda hökumət məhəlləsi və Zəfər sütunu ərazisində iki mindən çox kənd təsərrüfatı texnikası hərəkətdədir. Şəhərin mərkəzində nəqliyyatın hərəkəti tamamilə bağlanıb.

10 minə yaxın etirazçının olacağı ehtimal edildiyi Brandenburq qapısında fermerlərin böyük nümayişinin başlaması gözlənilir.

Qeyd edək ki, yanvarın 13-də Almaniya kansleri Olaf Şolz fermerlərlə ölkənin federal hökuməti arasında güzəştə getməyə və onları gələcək planlar üzərində birgə işləməyə çağırıb.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir