Dünya

İranda bir gündə 10-dan çox məhbus edam olundu – FOTO

Sharing is caring!


İranın Kərəc şəhərinin mərkəzi həbsxanasında bir gündə 11 məhbus dar ağacından asılıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı İran İnsan Haqları Təşkilatına (HRANA) istinadla xəbər verib.

Bildirilir ki, edam edilən məhbuslardan beşi narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham edilib, qalanlarının ittihamları isə hələlik bəlli deyil.

Bununla yanaşı, Xürrəmabadın Parsilun həbsxanasında daha bir məhbusun edam hökmü icra edilib.

Qeyd edək ki, 2023-cü ildə İran həbsxanalarında 25-i qadın və ikisi yetkinlik yaşına çatmamış şəxs olmaqla, 870 nəfər edam edilib, onlardan 791 nəfərinin kimliyini dəqiqləşdirmək mümkün olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir