Dünya

Əfqanıstanda 6,3 bal gücündə zəlzələ baş verib

Sharing is caring!


Əfqanıstanın şimal-şərqində 6,3 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri 12 minə yaxın insanın yaşadığı Curm kəndindən 41 km cənubda yerləşib. Ocaq 188 km dərinlikdə olub.

Hələlik xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir