Dünya

“Nə? Harada? Nə vaxt?”ın ulduzu Rövşən Əsgərov Rusiyada cərimələnib

Sharing is caring!


Jurnalist, “Nə? Harada? Nə vaxt?” verilişinin ulduzu Rövşən Əsgərov xarici agent markasına görə cərimələnib.

Bu barədə Moskvanın Ümumi Yurisdiksiya Məhkəmələrinin “Telegram” kanalı Savyolov Rayon Məhkəməsinin qərarına istinadən məlumat yayıb.

Məhkəmə Əsgərovu inzibati xəta törətməkdə təqsirli bilib. Ona 50 000 rubl (950 manat) məbləğində inzibati cərimə tətbiq edilib.

2023-cü ilin avqust və sentyabr aylarında Əsgərov Rusiyada iki dəfə 40 000 rubl (760 manat) məbləğində cərimə olunub.

Qeyd edək ki, Əsgərov 2022-ci ilin dekabrında xarici agentlər siyahısına əlavə edilib. Bundan əlavə, o, nasizmin bərpası işində qiyabi həbs edilib.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir