Dünya

ABŞ-də gənc oğlanın çətin anları: Girdiyi vazanın içindən çıxa bilmədi – FOTO/VİDEO

Sharing is caring!


ABŞ-də gənc oğlan qatıldığı şənlikdə çətin anlar yaşayıb.

O, zarafat üçün girdiyi böyük dekorativ vazanın içində ilişib qalıb və çıxa bilməyib.

Bu kadrların əks olunduğu görüntülər şənlikdə iştirak edənlər tərəfindən sosial şəbəkələrdə paylaşılıb.

“O, əvvəlcə gülürdü, lakin sonra kefi pozuldu. Qızlar onu sakitləşdirməyə və şənləndirməyə çalışırdılar, digərləri isə vazanı sındırmaq yollarını müzakirə edirdilər”, – deyə hadisə şahidlərindən biri baş verənlərdən danışıb.

Nəticədə vaza çəkiclə sındırılıb və oğlan xilas edilib. Həmin görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən gülüşlə qarşılanıb. 

“Düşündüm ki, o, bütün həyatını bu vazada keçirəcək”, – deyə şərhçilərdən biri zarafat edib.

Mənbə: “İndependent”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir