Dünya

Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı açıqlanıb

Sharing is caring!


Yaponiyada altıncı gündür davam edən silsilə zəlzələ nəticəsində ölənlərin sayı 110-a çatıb.

Məlumata görə, ən azı 516 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Təcili yardım xidmətləri hələ də 222 sakini tapa bilməyiblər. Yaponiya özünümüdafiə qüvvələrinin də cəlb olunduğu fəlakət bölgəsində axtarış-xilasetmə əməliyyatları davam etdirilir. Ən böyük ziyan İşikava prefekturasına dəyib. Orada 250-dən çox ev dağılıb,  300-dən çox tikili isə yanıb. Həmin bölgədə elektrik enerjisi, su və yanacaq çatışmazlığı davam edir.

Qeyd edək ki, Yaponiyada zəlzələlər nəticəsində ölənlərin sayı son yeddi ildə ilk dəfə olaraq yüz nəfəri ötüb.

Xatırladaq ki, 2016-cı ildə ölkənin cənub-qərbindəki Kumamoto prefekturasında 273 nəfərin ölümünə səbəb olan dağıdıcı zəlzələ qeydə alınıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir