Dünya

Yaponiyada nəhəng tunes balığı rekord qiymətə satıldı – FOTO

Sharing is caring!


Tokionun ən böyük balıq bazarında 2024-cü ildə keçirilən ilk hərracda nəhəng mavi tunes balığı 788440 dollara (təxminən 1,3 milyon manat) satılıb.

Məlumata görə, ton balığı Aomori liman şəhərinin sahillərində tutulub. Onun çəkisi 238 kq olub. Balıqları hərracda dəniz məhsulları topdansatışı ilkə məşğul olan “Yamayuki” şirkəti və suşi şəbəkəsinin operatoru “Onodera Group” alıb.

Nəhəng tunes balığı dəbdəbəli Gindza rayonundakı “Mişlen” ulduzuna layiq görülmüş suşi restoranı “Onodera”da hazırlanacaq və təqdim ediləcək.

KİV-in məlumatına görə, balıq üçün ödənilən qiymət COVID-19 pandemiyasından bəri ən yüksək qiymətdir.

Mənbə: snob.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir