Dünya

PSJ “Tuluza”nı məğlub edərək Fransa Superkubokunu qazandı – VİDEO

Sharing is caring!


Fransa Superkuboku uğrunda görüşdə PSJ və “Tuluza” komandaları qarşılaşıblar.

Parisdəki Park de Prens stadionunda baş tutan matç nominal ev sahiblərinin qələbəsilə yekunlaşıb – 2:0.

Parislilər artıq görüşün üçüncü dəqiqəsində hesabda önə keçiblər. Yarımmüdafiəçi Li Kan İn qola imza atıb. 44-cü dəqiqədə isə Kilian Mbappe fərqi artıraraq yekun hesabı müəyyənləşdirib.

İkinci hissədə qol olmadığından PSJ çətinlik çəkmədən Fransa Superkubokuna yiyələnib. Bu, Luis Enrikenin klubun çalışdırıcısı qismində ilk mükafatı olub.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir