Dünya

Azərbaycanda növbədənkənar prezident seçkisində MDB missiyasına kimin rəhbərlik edəcəyi məlum olub

Sharing is caring!


Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisində MDB-dən olan müşahidəçilər missiyasına MDB-nin baş katibi Sergey Lebedyev rəhbərlik edəcək. 

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə MDB-nin İcraiyyə Komitəsi məlumat yayıb.

Bildirilib ki, Lebedyevin namizədliyi MDB-yə üzv dövlətlərin birliyin nizamnamə və digər orqanları yanında Daimi Səlahiyyətli Nümayəndələr Şurasının qərarı ilə razılaşdırılıb.

Qeyd olunub ki, MDB müşahidəçilər missiyası Azərbaycan Respublikası Hökumətinin dəvəti ilə seçki kampaniyasını izləyəcək.

“MDB İcraiyyə Komitəsi Birlik ölkələrinə öz nümayəndələrinin müşahidə missiyasının tərkibinə namizədliyini irəli sürmək xahişi ilə dəvət göndərib. Əvvəlki kampaniyalarda olduğu kimi, missiyanın işi siyasi neytrallıq, seçki prosesinə və dövlətin daxili işlərinə qarışmamaq prinsiplərinə əsaslanaraq, ciddi şəkildə milli qanunvericiliyə uyğun olaraq həyata keçiriləcək”, – deyə məlumatda bildirilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir