Dünya

Ukraynadan Rusiyaya cavab zərbəsi: Belqorodu raket atəşinə tutdu – FOTO/VİDEO

Sharing is caring!


Ukrayna Silahlı Qüvvələri Rusiyanın Belqorod şəhərini atəşə tutub.

Bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov “Telegram” kanalında məlumat verib.

Raket zərbələri nəticəsində dörd nəfər həlak olub. Yaralananlar var.

“Ukrayna Silahlı Qüvvələri Belqorodun mərkəzini atəşə tutub. İlkin məlumata görə, ölənlər və yaralananlar var”, – deyə Qladkov bildirib.

O qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin atdığı raketlər yaşayış sektorunu da vurub. “Telegram” kanallarında yayılan videolara əsasən, raketlər şəhərin bir sıra ərazilərinə düşüb.

Həmçinin Fövqəladə Hallar Nazirliyi sakinlərə müraciət edib və evlərini tərk edərək sığınacaqlara getmələirini tövsiyə edib.

Şəhərdə raket təhlükəsi siqnalı işə salınıb.

Eyni zamanda Belqorodda atəşdən sonra nəticələri aradan qaldırılması üçün fövqəladə vəziyyət tətbiq etmək nəzərdə tutulur.

Həmçinin Ukraynanın Belqorodda hərbi obyektlərə zərbə endirdiyi ilə də bağlı məlumatlar var. 

Xatırladaq ki, dekabrın 29-da Rusiyanın Ukraynaya raket hücumu nəticəsində ölənlərin sayı 59-a, yaralananların sayı 159-a çatıb. 

 

 

Mənbə: Rusiya KİV

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir