Dünya

Rusiyaya Ukraynaya hücumu zamanı “İskəndər-M” raketindən istifadə edib

Sharing is caring!


Rusiya “İskəndər-M” ballistik raketi ilə Ukraynanın Zaporojye şəhərinə hücum edib. Ukrayna hava hücumundan müdafiə qüvvələri onu vurmağa müvəffəq olub.

Bu barədə Zaporojye vilayət administrasiyasının rəhbəri Yuri Malaşko məlumat verib.

Onun sözlərinə görə, insan itkisi və dağıntılar barədə məlumat yoxdur.

“Rusiya Zaporojyeyə hücum zamanı “İskəndər-M” raketindən istifadə edib. Raket hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib. Raketin hissələri Zaporojye şəhəri yaxınlığındakı açıq əraziyə düşüb”, – deyə Malaşko qeyd edib.

Mənbə: gazeta.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir