Dünya

2023-cü ilin ən yaxşı məşqçisinin adı açıqlandı – FOTO

Sharing is caring!


Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının versiyasına əsasən, 2023-cü ilin ən yaxşı klub məşqçisinin adına aydınlıq gəlib.

İngiltərənin “Mançester Siti” klubunu çalışdıran Xosep Qvardiola ilin ən yaxşısı seçilib. İspan mütəxəssis 281 xal toplayıb və bütün rəqiblərini qabaqlayıb.

İspaniya “Real Madrid”inin baş məşqçisi Karlo Ançelotti (56 xal) ikinci, “Napoli” ilə İtaliya çempionu olmuş Luçano Spaletti (53 xal) isə üçüncü olub.

Xosep Qvardiolanın rəhbərlik etdiyi “Mançester Siti” 2023-cü ildə İngiltərə Premyer Liqasının, İngiltərə Kubokunun, Çempionlar Liqasının, UEFA Super Kubokunun və klublararası dünya çempionatının qalibi olub.

Qeyd edək ki, Qvardiola üçüncü dəfə ilin ən yaxşı klub məşqçisi seçilib. 52 yaşlı mütəxəssis daha əvvəl 2009-cu və 2011-ci illərdə bu mükafatı qazanıb.

Mənbə: iffhs.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir