Dünya

2023-cü ilin ən yaxşı gənc futbolçusu bəlli olub

Sharing is caring!


Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2023-cü ilin ən yaxşı gənc oyunçusunu açıqlayıb.

IFFHS-nin rəsmi saytı xəbər verir ki, bu ada mövsümün əvvəlindən Almaniyanın “Borussiya” (Dortmund) klubundan İspaniya “Real”ına keçən Cud Bellinqem layiq görülüb.

20 yaşlı yarımmüdafiəçi 276 xalla bütün rəqiblərini qabaqlayıb. Almaniyanın “Bavariya” klubundan Camal Musiala (120) ikinci, İspaniya “Barselona”sından Qavi (82) üçüncü olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir