Dünya

Zaxarova: “Rusiya Bakı və İrəvan arasında münasibətlərin normallaşması üçün yaxşı perspektivlər görür”

Sharing is caring!


“Rusiya Bakı və İrəvan arasında münasibətlərin normallaşması üçün yaxşı perspektivlər görür”.

Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinq zamanı deyib.

“Biz Bakı və İrəvan arasında üçtərəfli razılaşmalar əsasında münasibətlərin normallaşdırılması üçün yaxşı perspektivlər görürük. Ermənistanla Türkiyə arasında münasibətlərin yoluna qoyulması üçün ilkin şərt var. Ümumilikdə biz Cənubi Qafqazda münaqişələrin azaldılmasında və bu regionun zəngin potensialının açılmasında maraqlıyıq. Bu da digər məsələlərlə yanaşı, “3+3” (Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Türkiyə və İran) konsultativ regional platforması çərçivəsində qarşılıqlı əlaqənin genişlənməsinə töhfə verə bilər”, – deyə Zaxarova qeyd edib.

Mənbə: Moscow-baku.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir