Dünya

Çində yeni epidemiyaya görə dəfnlərin sayı kəskin artıb

Sharing is caring!


Çində krematorilər gecə-gündüz işləyir və özəl meyitxanaların sayı daim artır. Səbəb pnevmoniyanın kəskinləşməsidir.

Çin səlahiyyətliləri ölümlərin səbəbinin COVID-19 virusunun olduğunu deməkdən çəkinirlər.

“Çinin dövlət tibb sistemi pnevmoniyadan ölüm hallarını təsnif edərkən COVID-19-un adını çəkməkdən çəkinir, bunun əvəzinə digər infeksiyaları və ya yanaşı xəstəlikləri qeyd edirlər”, – deyə məlumat yayılıb.

Qeyd edək ki, pnevmoniya epidemiyası sentyabr ayında, əsasən uşaqlar arasında yayılmağa başlayıb. Oktyabrın ortalarında virusa yoluxanların sayı kəskin artıb, noyabrda isə vəziyyət daha da pisləşib. Xəstəliyə artıq böyüklərdə rast gəlinir.

Çin Kommunist Partiyası (ÇKP) epidemiya dalğasını qrip, mikoplazma pnevmoniyası, respirator sinsitial virus, rinovirus və digər tənəffüs yolu infeksiyalarına çarpaz yoluxma ilə əlaqələndirib. Bununla belə, dekabrın ortalarında ÇKP COVID-19-un yeni, daha yoluxucu variantının, mutasiyaya uğramış JN.1 ştammının Çində dövriyyədə olduğunu etiraf edib.

Henan əyalətinin sakinləri hökumətin idarə etdiyi krematorilərin sutkanın 24 saatı açıq olduğunu və dəfn mərasimlərinin sayının əhəmiyyətli dərəcədə artdığını bildirdilər. Nanyan şəhərində şəxsi dəfn bürolarının və meyitxanaların sayı son illərdə kəskin şəkildə artıb və bu gün də artmaqda davam edir, kremasiya üçün növbələrin isə sonu görünmür.

Mənbə: The Epoch Times

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir