Dünya

ABŞ-də FTB agentlərini, bir hakimi və üç prezidentliyə namizədi ölümlə hədələyiblər

Sharing is caring!


ABŞ əhalisi arasında dövlət qurumlarının müxtəlif nümayəndələrindən narazılıq yeni həddə çıxıb. Son zamanlar dövlət rəsmilərinə müxtəlif, çox vaxt anonim şəxslərdən gələn təhdidlərin sayı dəfələrlə artıb. Əksəriyyətini ölümlə hədələyirlər.

Bunu ABŞ baş prokurorunun müavini Liza Monako deyib.

“Yalnız bu həftə FTB agentlərini, Ali Məhkəmənin hakimini və üç prezidentliyə namizədi öldürməklə hədələmə ilə bağlı şikayətlər daxil olub”, – deyə Monako bildirib.

Seçki komissiyalarının, məhkəmələrin, hüquq-mühafizə orqanlarının, müxtəlif nazirliklərin əməkdaşlarına hədə-qorxu gəlirlər. Ümumilikdə ABŞ Baş Prokurorluğu hazırda məmurlara hədə-qorxu ilə bağlı yüzdən çox belə işə baxır. Eyni zamanda, Monako şikayət edib ki, Amerika Ədliyyə Nazirliyi vəziyyətdən xəbərdardır, lakin buna heç bir reaksiya vermir.

“Düşünürəm ki, biz ən çox internetdə radikallaşan və bir sıra ideologiyaların motivasiyası və təsiri altında olan ayrı-ayrı fərdlər və ya kiçik qruplara görə narahat olduğumuz unikal bir anı yaşayırıq”, – deyə baş prokurorun müavini əlavə edib.

Mənbə: The New York Post

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir