Dünya

İsrail 2024-cü ildə hərbi xərclərini səkkiz milyard dollar artıracaq

Sharing is caring!


Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi səbəbindən İsrail 2024-cü ildə müdafiə xərclərini 8 milyard dollar artıracaq.

Bu barədə İsrailin Maliyyə Nazirliyi məlumat yayıb.

İsrail Maliyyə Nazirliyi bildirib ki, İsrail dövləti hərbi xərclərə əlavə olaraq, İsrailin şimal və cənub sərhəd bölgələrindən təxminən 120 min insanın təxliyəsi üçün müəyyən məbləğlər ayırmalı olacaq. Polis və digər təhlükəsizlik xidmətlərinin ehtiyaclarını ödəmək, həmçinin oktyabrın 7-də HƏMAS-ın hücumu zamanı dağılmış yaşayış məntəqələrini bərpa etmək üçün də vəsaitə ehtiyac var.

Qeyd olunur ki, İsrailə bu vəsait İsrailin Fələstinlə müharibəsində sərf edilən xərclərini qarşılamaq üçün lazımdır. İsrail ordusu Qəzza zolağına hava zərbələri endirmək, həmçinin İsrail ərazisinə atılan raket və pilotsuz təyyarələrin qarşısını almaq üçün çoxlu sayda bahalı raketdən istifadə edir.

Mənbə: Bloomberg

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir