Dünya

Borrel: “Putin son qələbəyə qədər Ukraynada döyüşmək qərarına gəlib”

Sharing is caring!


Avropa İttifaqının baş diplomatı Josep Borrel Rusiya Prezidenti Vladimir Putinin yaxın gələcəkdə tammiqyaslı təcavüzü dayandırmağa meylli olmaması səbəbindən Ukraynaya daha fəal dəstək verməyə çağırıb.

O, bunu “The Guardian”a müsahibəsində deyib.

Diplomat vurğulayıb ki, Ukraynada Avropa İttifaqının mövcudluğu təhlükə altındadır, ona görə də “böyük gücdən qaynaqlanan” və Avropa demokratiyasını təhdid edən təhlükəyə diqqət yetirilməlidir.

“Biz kursu tez bir zamanda dəyişməsək, bütün imkanlarımızı səfərbər etməsək, bu, Putinə Ukraynadakı müharibədə qalib gəlməyə imkan verəcək”, – Borrel əlavə edib.

Aİ diplomatiyasının rəhbəri izah edib ki, Rusiya prezidenti “Ukraynanın bir parçası” ilə kifayətlənə və ərazinin qalan hissəsinin Avropa İttifaqına aid olmasına icazə verə bilməz. Borrelə görə, Putin ABŞ-də keçiriləcək prezident seçkilərinin onun üçün daha əlverişli şərait yaradacağını gözləyir.

“Ona görə də biz uzun müddət ərzində yüksək intensivli münaqişəyə hazırlaşmalıyıq. Putin müharibəni yekun qələbəyə qədər davam etdirmək qərarına gəlib”, – o əlavə edib.

Borrel Rusiyanın hər zaman imperiya olduğunu da vurğulayıb.

“Rusiya heç vaxt xalq ola bilməyib. O, həmişə çarla, sovetlərlə, indi isə Putinlə imperiya olub. Bu, Rusiyanın dəyişməzliyi, onun siyasi kimliyi və nəticə etibarilə qonşu dövlətlər, xüsusən də bizim üçün təhlükədir”, – deyə diplomat yekunlaşdırıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir