Dünya

Salahdan Premyer Liqada unikal nailiyyət

Sharing is caring!


“Liverpul”un hücumçusu Məhəmməd Salah Premyer Liqanın XVIII turunda “Arsenal”la matçda qola imza atıb.

31 yaşlı misirli oyunun 29-cu dəqiqəsində hesabı bərabərləşdirib.

Bu, futbolçunun tarixdə London klubunun qapısına vurduğu 10-cu qol olub.

Qeyd edək ki, Salah Premyer Liqa tarixində “Arsenal”, “Mançester Siti” (11) və “Mançester Yunayted” (12) komandalarına qarşı 10+ qol vuran yeganə oyunçudur.

Xatırladaq ki, dünənki “Liverpul” – “Arsenal” matçı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Londonlular Premyer Liqada liderliyini davam etdirir. “Liverpul” isə ikinci yerdədir.

Mənbə: championat.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir