Dünya

İsrail ordusunun canlı qüvvə itkiləri artır

Sharing is caring!


İsrail Müdafiə Qüvvələri Qəzza zolağında Fələstinin radikal HƏMAS hərəkatı ilə döyüşlər zamanı daha səkkiz əsgərin öldüyünü bildirib.

Ordunun mətbuat xidmətinin məlumatına görə, onların hamısı son 24 saat ərzində Fələstin anklavının mərkəzi hissəsində baş verən qarşıdurmalar zamanı həlak olub.

Yeni məlumatlar nəzərə alınmaqla Qəzza zolağında quru əməliyyatı zamanı ölən İsrail hərbçilərinin sayı 152-yə çatıb.

Fələstin-İsrail münaqişəsinin yeni mərhələsi başlayandan indiyədək həlak olan yəhudi əsgər və zabitlərin ümumi sayı isə artıq 485-dir.

Mənbə: kpiz.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir