Dünya

Rusiyada müəmmalı hadisə: Bir yaşlı qız qar yedikdən sonra ağır vəziyyətdə xəstəxanaya çatdırılıb

Sharing is caring!


Rusiyanın Leninqrad vilayətində gəzinti zamanı qar yeyən körpə xəstəxanaya yerləşdirilib.

Bu barədə yerli mətbuatda məlumat yayılıb.

Verilən məlumata görə, ötən gecə təcili yardım avtomobili yaşadığı mənzildən bir yaş dörd aylıq qızı xəstəxanaya çatdırıb. Uşağa ikitərəfli pnevmotoraks və naməlum maddə ilə zəhərlənmə diaqnozu qoyulub.

Ananın sözlərinə görə, gəzintidən sonra uşağın tibbi yardıma ehtiyacı olub. O, qızın yıxılaraq qar yediyini, bundan sonra xəstələndiyini bildirib. Hazırda faktla bağlı polis araşdırma aparır.

Mənbə: fontanku.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir