Dünya

Çində zəlzələ 116 nəfərin həyatına son qoyub – VİDEO

Sharing is caring!


Çinin Qansu və Çinxay əyalətlərində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 116 nəfərə çatıb.

Bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.

Məlumata görə, təbii fəlakətin episentrində və ətraf ərazilərdə evlərə, yollara və digər infrastruktura ziyan dəyib, elektrik və su təchizatında fasilələr yaranıb.

Qeyd olunur ki, hazırda mindən çox xilasedicinin iştirak etdiyi fəlakət zonasında genişmiqyaslı axtarış-xilasetmə əməliyyatları aparılır.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir