Dünya

“Report” İnformasiya Agentliyi beynəlxalq mükafata layiq görüldü – FOTO

Sharing is caring!


“Report” İnformasiya Agentliyi “Türk dünyası mətbuat mükafatı”na layiq görülüb.

“Report”un Fransa bürosu xəbər verir ki, fəaliyyətilə Qərbi Avropa türkləri və türk dünyasına verdiyi töhfələrinə görə “Report” informasiya agentliyinə Avropa Türk Mətbuatı və Jurnalistlər Birliyinin Mükafatı verilib.

Mükafat Almaniyanın Neukirxen-Vluyn şəhərində keçirilən 3-cü “Avropa Türk Media Zirvəsi” zamanı təqdim edilib.

Tədbirdə “Report”un fəaliyyətini əks etdirən videoçarx göstərilib, xəbərlərinin çevikliyi, obyektivliyi, şəffaflığı, müntəzəmliyi ilə türk dünyasına, habelə türklərin bir araya gətirilməsi, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, türk dünyasına qarşı olan saxta xəbərlərlə mübarizə və digər sahələrə verdiyi töhfələrə toxunulub və bundan sonrakı fəaliyyətində daha böyük uğurlar arzulanıb.

Mükafatı Avropa Türk Mətbuatı və Jurnalistlər Birliyinin rəhbəri Ali Paşa Akbaş təqdim edib.

Qeyd edək ki, “Avropa Türk Media Zirvəsi” 3-cü ildir ki, türk dünyasına öz peşə fəaliyyəti ilə töhfə verən jurnalistləri, KİV orqanları nümayəndələrini bir araya gətirir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir