Dünya

Türkiyəli nazir İsveçə səsləndi: “Konkret əməli addımların atılmasını gözləyirik”

Sharing is caring!


“Türkiyə hələ də NATO-ya üzv olmaq üçün müraciət edən İsveçdən Ankaranın terrorla mübarizə sahəsində öhdəliklərini praktiki olaraq yerinə yetirməsini gözləyir”.

Bu sözləri jurnalistlərin suallarına cavab verən Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ​​deyib.

“Əgər biz İsveçdən danışırıqsa, qanunvericiliyə düzəlişlərin öz-özlüyündə mənası yoxdur. Bizim üçün bu öhdəliklərin konkret əməli addımlar atmaqla yerinə yetirilməsi vacibdir”, – deyə Yaşar Gülər qeyd edib.

İsveçin NATO-ya üzv olmaq üçün müraciətinin təsdiqlənməsi perspektivlərinə gəlincə, Türkiyənin müdafiə nazirliyinin başçısı xatırladıb ki, müvafiq protokol prezident tərəfindən imzalanıb və yekun qərarın verilməsi üçün Türkiyə parlamentinə göndərilib.

Lakin Yaşar Gülər sözügedən sənədə parlamentdə nə zaman baxılacağını deməyib.

Mənbə: CNN Türk

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir