Dünya

Misirdə üç günlük matəm elan edildi

Sharing is caring!


Bu gün 86 yaşında vəfat edən Küveyt əmiri Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabaha görə Misir hakimiyyəti ölkədə üç günlük matəm elan edib.

Bununla əlaqədar Misir prezidenti Əbdülfəttah əs-Sisi fərman imzalayıb.

“Vəfat etmiş Küveyt əmiri üçün bütün ölkədə üç günlük matəm elan edilsin. Misir ərəb və islam xalqlarını dəstəkləyən, ölkəsinə və Küveyt xalqına böyüklük və səxavət göstərən böyük və müdrik insanın vəfatı ilə əlaqədar kədərini ifadə edir” , –  fərmanda qeyd edilir.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir