Dünya

Yeni pandemiyanın işartıları: Çin mikoplazmaya görə maska rejiminə qayıtdı – VİDEO

Sharing is caring!


Çin koronavirus pandemiyasından sonra ilk dəfə ictimai yerlərdə maska ​​rejiminə qayıdıb. Bu dəfə düşmən – mikoplazma pnevmoniyasıdır (mycoplasma pneumoniae).

Pandemiya dövründə olduğu kimi, sanitar normalara riayət etməyənlər cəzalandırılacaq.

Beləliklə, maska ​​taxmayanlar 500 yuan (təxminən 118 manat) cərimə ödəməli olacaqlar, bəzi hallarda isə qaydanı pozmaq, hətta 10 günə qədər həbslə nəticələnə bilər.

Çin Xəstəliklərə Nəzarət Mərkəzinin aparıcı mütəxəssisinin sözlərinə görə, yeni COVID-19 ştamları hazırkı epidemiyaya töhfə verib. Həssas əhali qrupu 15 yaşdan 59 yaşa qədər olan insanlardır və xəstələrin sayı artmaqda davam edir. Bununla əlaqədar Çin hökuməti vətəndaşlara revaksinasiyadan keçməyi tövsiyə edir.

Mənbə: Svpressa.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir