Dünya

Ərdoğan Türkiyədə oyundan sonra hakimin döyülməsini pisləyib

Sharing is caring!


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada futbol üzrə ölkə çempionatının oyunundan sonra meydanda hakimin döyülməsi hadisəsini kəskin şəkildə pisləyib.

Bu barədə Türkiyə liderinin bəyanatında yer alıb.

“Ankaragücü” – “Rizespor” matçından sonra baş hakim Halil Umut Melərə edilən hücumu pisləyirəm və ona tezliklə sağalmasını arzulayıram. İdman sülh və qardaşlıq deməkdir. Zorakılıqla bir araya sığmır. Türkiyə idmanında şiddətə dözməyəcəyik”, – bəyanatda vurğulanıb.

Qeyd edək ki, Türkiyənin “Ankaragücü” futbol klubunun prezidenti Faruk Koca ölkə çempionatında “Rizəspor”la oyundan sonra meydana qaçaraq hakim Halil Umut Melerin sifətinə zərbələr endirib.

Daha sonra Ankara Prokurorluğu “Ankaragücü”nün prezidenti Faruk Kocanın həbsinə order verib. Hadisə Türkiyə Futbol Federasiyasının da araşdırmasına səbəb olub. Türkiyənin aparıcı klubları “Qalatasaray”, “Fənərbağça”, “Beşiktaş”, “Trabzonspor” və digərləri baş verən vəziyyəti pisləyib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir