Dünya

Ukrayna xarici işlər nazirindən Aİ üzvlüyü ilə bağlı danışıqlar barədə xəbərdarlıq: “Dağıdıcı ola bilər…”

Sharing is caring!


“Avropa İttifaqı (Aİ) liderləri Ukraynanın üzvlüyü ilə bağlı danışıqlara yaşıl işıq yandırmaqdan imtina edərlərsə, bu, həm Ukrayna, həm də Avropa İttifaqı üçün dağıdıcı nəticələrə gətirib çıxara bilər. Bu həftə keçiriləcək sammitdə qərarın verilməsi gözlənilir”.

Bu sözləri Ukrayna xarici işlər naziri Dmitri Kuleba Brüsseldə Aİ xarici işlər nazirləri ilə görüşdən əvvəl jurnalistlərə deyib.

“Təsəvvür edə bilmirəm, Avropa Şurası bu qərarı verməzsə, baş verəcək dağıdıcı nəticələrdən danışmaq belə istəmirəm”, – deyə Kuleba qeyd edib.

Xatırladaq ki, noyabr ayında Avropa Komissiyası Ukraynanın və bir sıra digər ölkələrin Avropa İttifaqına üzv olmaq yolunda irəliləyişlərinə dair hesabat yayıb. Sənəddə Ukrayna və Moldovanın üzvlüyü ilə bağlı danışıqlara başlanılması barədə tövsiyələr yer alıb.

Belə bir qərar üçün Aİ-yə üzv olan bütün dövlətlərin razılığı lazımdır. Bu məsələ dekabrın 14-15-də bloka daxil olan ölkələrin liderlərinin sammitində müzakirə olunacaq.

Macarıstan Ukraynanın Aİ-yə daxil olması və yardım ayrılması ilə bağlı danışıqların əleyhinədir.

Mənbə: RBC.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir