Dünya

İspaniya çempionatının oyunu tribunadakı azarkeşin ölümünə görə dayandırıldı

Sharing is caring!


Futbol üzrə İspaniya çempionatının 16-cı turunun “Qranada” – “Atletik” matçı stadionda azarkeşin ölümünə görə dayandırılıb, daha sonra isə təxirə salınıb.

Bu barədə La Liqanın Mətbuat Xidməti məlumat yayıb.

Bazar günkü görüş “Qranada” meydançasında başlayıb, lakin startdan yarım saat sonra tribunadakı azarkeşlərdən birinin ürəyi tutması səbəbindən yarımçıq qalıb. Həkimlər onu xilas edə bilməyiblər. Qarşılaşma dayandırılan vaxt “Atletik” 1:0 öndə olub.

 “Qranada” – “Atletik” matçı azarkeşin stadionda faciəvi şəkildə həlak olması səbəbindən təxirə salınıb. Ailəsinə, dostlarına və bütün “Qranada” azarkeşlərinə başsağlığı veririk. Oyunun bərpa olunma tarixi və vaxtı yaxın vaxtlarda açıqlanacaq”, – deyə La Liqadan verilən açıqlamada bildirilib.

Mənbə: sportbox.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir