Dünya

Rusiyada məktəbdə gülləbaran törədən yeniyetmənin atası həbs edildi

Sharing is caring!


Ötən gün Rusiyanın Bryansk şəhərindəki məktəblərdən birində məktəblilərə odlu silahdan atəş açan 14 yaşlı Alinanın atası həbs edilib. 

Bu barədə Rusiya hüquq-mühafizə orqanları məlumat yayıb.

“Qızın atası Rusiya Federasiyası Cinayət Məcəlləsinin 224-cü (silahın saxlanılması qaydalarının pozulması) maddəsi ilə açılan cinayət işi çərçivəsində saxlanılıb. Həmçinin atışma ilə bağlı özəl mühafizə şirkətinin baş direktoru və məktəbin mühafizəçisi də saxlanılıb”, – deyə ictimailəşdirilən məlumatda qeyd olunur.

Şahid ifadələrində isə göstərilir ki, məktəbdəki çərçivəşəkilli metal detektoru işləmədiyindən 14 yaşlı Alina məktəbə maneəsiz daxil ola bilib və niyyətini həyata keçirib.

Xatırladaq ki, dekabrın 7-də Rusiyanın Bryansk şəhərində məktəbdə 8-ci sinif şagirdi olan qız odlu silahdan atəş açıb. Hüquq-mühafizə orqanlarından verilən xəbərə görə, atışma nəticəsində iki nəfər ölüb, dörd nəfər yaralanıb. Atəş açan qız sonda özünü də güllələyib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir