Dünya

Yaponiya Ukraynaya böyük məbləğdə vəsait ayıracaq

Sharing is caring!


Yaponiyanın Baş naziri Fumio Kişida bəyan edib ki, Tokio Kiyevə dəstək üçün əlavə vəsait ayırmağa hazırdır.

Yaponiya rəsmisi bildirib ki, söhbət 4,5 milyard dollar yardımdan gedir.

“G7 ölkələrinin liderləri Ukrayna Prezidenti Volodimir Zelenskinin “Sülh Formulu” adlı sülhməramlı təşəbbüsünü dəstəkləməyə davam edəcəklər”, – onlayn zirvə toplantısından sonra verilən bəyanatda deyilir.

Bəyanatında, həmçinin qeyd olunur ki, “Böyük yeddilik” ölkələri beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müstəqil, demokratik Ukraynanı dəstəkləməyə davam edəcəklər.

Mənbə: Kyodo News

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir