Dünya

İsrail ordusu Qəzza zolağında dörd girovun öldüyünü təsdiqləyib

Sharing is caring!


İsrail Müdafiə Qüvvələri oktyabrın 7-də İsrailə hücum zamanı Fələstinin HƏMAS radikal hərəkatı tərəfindən əsir götürülən dörd girovun öldüyünü təsdiqləyib.

Məlumata görə, Qəzza zolağında dörd girov – Eliyahu Marqalit, Mia Qoren, Ronen Engel və Arye Zalmanoviç ölüblər. Ölən girovların ailələrinə artıq bu barədə xəbər verilib. Lakin İsrail ordusunun nümayəndəsi girovların necə və nə vaxt öldüyünü açıqlamayıb.

Daha əvvəl bildirilib ki, fələstinli radikallar evlərindən oğurlanan 17 qadın və uşaq da daxil olmaqla 136 nəfəri girov saxlamağa davam edirlər.  İsrail ordusu girovları geri qaytarmaq üçün bütün vasitələrə əl atacaq.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir