Dünya

Vahid Ələkbərovun sərvətində fantastik artım

Sharing is caring!


Rusiyanın ən varlı iş adamlarının sərvəti 2023-cü ilin əvvəlindən ümumilikdə 38,575 milyard dollar artıb.

Bu barədə “Bloomberg” agentliyi “Milyarderlərin indeksi”nə (“Bloomberg Billionaires Index”) istinadən məlumat verib.

2012-ci ilin mart ayından etibarən agentlik ən varlı 500 insanın sərvəti haqqında məlumatların yer aldığı “Bloomberg Milyarderlər İndeksi”ni dərc edir.

Məlumata görə, ilin əvvəlindən “Lukoil”un təsisçisi Vahid Ələkbərov 9,14 milyard dollar qazanıb və sərvəti 24,5 milyard dollara çatıb. “Euroxim” və “SUEK” şirkətlərinin həmtəsisçisi Andrey Melniçenko 4,03 milyard dollar çox qazanc əldə edib və sərvəti 17,2 milyard dollara çatıb. “Lukoil”un keçmiş vitse-prezidenti Leonid Fedun 3,89 milyard dollar qazanıb, onun sərvəti isə 9,76 milyard dollar təşkil edib.

Bu arada, İsveçrənin UBS bankının saytında son bir ildə dünyada milyarderlərin sayının 7% artdığı və 2 min 542 nəfərə çatdığı bildirilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir