Dünya

Nyu-Yorkun əsas Milad ağacının işıqları yandırılıb – VİDEO

Sharing is caring!


Nyu-Yorkun əsas Milad ağacının işıqları yandırılıb.

Məlumata görə, şəhərin mərkəzi meydanlarından birində – “Rokfeller Plaza”da keçirilən mərasimi yüzlərlə insan izləyib.

Uzunluğu 24 metr, çəkisi 12 ton olan Norveç yolkası noyabrın 11-də Vestal şəhərindən (Nyu-York) gətirilib. Onu bəzəmək üçün təxminən 8 km uzunluğunda naqillə 50 mindən çox rəngli lampadan ibarət yolka işıqlarından istifadə olunub. Yolkanın başlığı üç milyon “Swarovski” kristalı ilə bəzədilmiş, çəkisi 400 kq-dan çox olan büllur ulduzla taclanıb.

Qeyd edək ki, Milad ağacında işıqlar yandırılmamışdan əvvəl konsert olub. Burada musiqi ifaçıları Barri Manilou, Xloya Beyli, Keke Palmer, Ketrin Makfi, Manuel Turiso çıxış ediblər.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir