Dünya

Nazarbayevdən gözlənilməz etiraf: “Dini kəbinlə ikinci həyat yoldaşım və ondan iki oğlum var” – FOTO

Sharing is caring!


Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev ilk dəfə öz memuarında ikinci arvadı və həmin qadından iki oğlu olduğunu etiraf edib.

“Mənim həyatım” xatirələr kitabında o, iki oğlu – Tauman (2005-ci ildə) və Baykeni (2008-ci ildə) dünyaya gətirən Asel İsabayeva ilə münasibətindən danışıb.

Siyasətçi bildirib ki, İsabayevanı ilk dəfə Qazaxıstanın cənub-şərqindəki Taldıkorqan şəhərinə səfəri zamanı görüb. Qız dövlət başçısını təyyarənin pilləkənlərində gül dəstələri ilə qarşılayıb.

“Belə bir mərasimdə iştirak etmək üçün yerli ən gözəl qızlar seçilir”, – deyə eks-prezident bildirib.

Nazarbayev qeyd edib ki, bundan sonra İsabayevanın obrazı onun yaddaşından getməyib. Bir gün o, qızın “Miss Qazaxıstan” müsabiqəsində Qran-pri qazandığını görüb və onu axtarıb tapıb.

“Aselin həm xarici görünüşündə, həm də düşüncəsində axtardığım bir çox keyfiyyətləri gördüm. Ən əsası isə illərdir davam edən mənəvi tənhalıqdan qurtuldum”, – deyə siyasətçi vurğulayıb.

Daha sonra onlar müsəlman adəti ilə evləniblər.

Nazarbayev arvadı Saraya (1962-ci ildən evlidir), həmçinin qızları Dariqa (1963-cü il təvəllüdlü), Dinara (1967-ci il təvəllüdlü) və Aliyəyə (1980-ci il təvəllüdlü) hər şeyi danışıb.

Mənbə: Orda.kz

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir