Dünya

Ermənistan parlamentinin spikeri: “Sülhün olması üçün hər şey edəcəyəm”

Sharing is caring!


“Sülhün olması üçün hər şey edəcəyəm”.

Bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan özünün “Telegram” kanalında bildirib.

O, brifinq zamanı səsləndirdiyi “vaxt gələcək ki, ermənilərlə azərbaycanlılar yan-yana yaşayacaqlar” fikirləri ilə bağlı mediada bir sıra şərhlər oxuduğunu bildirib. O bu barədə yeni heç nə deyilmədiyini, iki qonşu dövlətin rifahı üçün ən yaxşı yolun sülh şəraitində yaşamaq və bir-biri ilə ticarət etmək olduğunu vurğulayıb.

“Uzun qanlı müharibələrdən sonra dinc həyatın bir çox nümunələri var və bunun başqa alternativi yoxdur. Ancaq şərhlər tamamilə fərqli bir şey haqqında idi. Əhəmiyyətli heç nə yox idi, yalnız təhqir və qəzəb. Mən azərbaycanlılarla yanaşı yaşamaq istəməyən insanların kim olduğunu anlamağa çalışdım və təəccüblü heç nə aşkarlamadım. Söyüş söyən gənc anaları, vizaj-makiyaj-tatuaj edən xanımları, siyasətlə məşğul olanları bir kənara qoysaq, məlum olur ki, onların əksəriyyəti Rusiyada, məsələn, Stavropolda yaşayır və ermənilərin azərbaycanlılarla yanaşı yaşamasını istəmir. Onlar hətta rus hərfləri ilə yazırlar (öz aləmlərində ermənicə). Hətta çox vaxt rus və erməni dillərini əla bilmək o erməninin nə demək istədiyini tam başa düşməyə kömək etmir. Onların kiçik bir hissəsi ABŞ-də yaşayır və təbii ki, azərbaycanlılarla çiyin-çiyinə yaşamaq istəmir və dediklərimi qəbuledilməz hesab edir.

Qarğış və söyüşlərin möhtəşəmliyi ilə seçilən maraqlı bir tip də var. Əminliklə deyə bilərəm ki, qarğışlar nə qədər möhtəşəmdirsə, onlar Ermənistandan bir o qədər uzaqda yaşayırlar”, – deyə spiker bildirib.

Bununla belə, Simonyan gileylənmədiyini, qəzəblənmədiyini vurğulayıb.

“Əksinə, öyrəşsinlər, dinləsinlər, bilsinlər ki, mən hər şeyi edəcəyəm ki, sülh olsun”, – Simonyan sözlərini yekunlaşdırıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir