Dünya

İstanbula gedən gəmi batdı: 14 nəfər itkin düşdü

Sharing is caring!


Yunanıstanın Lesbos adası yaxınlığında 14 ekipaj üzvü olan yük gəmisi batıb.

Gəmi duz yükü ilə Misirdən çıxıb və İstanbula yollanıb. O, Komor adalarının bayrağı altında üzüb.

Sahil mühafizəsi artıq baş verənlər barədə xəbərdar edilib. İdarənin əməkdaşları genişmiqyaslı axtarış-xilasetmə əməliyyatı aparırlar.

Hadisə yerində üç yük gəmisi, üç sahil mühafizə gəmisi, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinə məxsus helikopterlər çalışır.

Ehtimala görə, insidentə güclü külək səbəb olub.

Mənbə: octagon.media

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir