Dünya

Qızının evinə gələn qadın aylardır qardaşlarının skeleti ilə yaşayan nəvəsini tapdı: Rusiyada DƏHŞƏT + FOTO

Sharing is caring!


Rusiyanın Pskov vilayətində dəhşətli hadisənin üstü açılıb: Qadın övladlarının meyitləri ilə üç ay mənzildə yaşayıb və normal həyatına davam edib. Ölü uşaqlar beşiklərində, yorğan-döşəkdə olublar.

Qalıqları uşaqların nənəsi aşkarlayıb. Qızına baş çəkməyə gələn yaşlı qadın dəhlizdən pis qoxu hiss edib. Mənzilə girəndə beşikdə uşaq bezi içində dörd yaşlı oğlan nəvəsinin skeletini görüb. İkiyaruslu çarpayının yuxarı mərtəbəsində isə başqa bir oğlan nəvəsinin cəsədi olub.

Qızı uşaqların bir həftə fərqlə avqust ayında yuxuda öldüklərini deyib. Çaşqın qalan nənə o biri nəvələrinin axtarışına başlayıb və səkkiz yaşlı qız nəvəsinin meyitini qızının başqa bir kənddəki evində tapıb. Ananın sözlərinə görə, o da avqust ayında yuxuda ölüb.

Həkimlər hazırda evdə yeganə sağ qalan beş yaşlı qızla işləyir, daha sonra onun psixoloqların köməyinə ehtiyacı olacaq. Uşaq ölən qardaşları ilə üç ay mənzildə qalıb. Onlardan birinin skeleti gecə onun üstündə – ikimərtəbəli çarpayının ikinci mərtəbəsində olub.

Məlum olub ki, qadının sevgilisi və uşaqları ilə birlikdə kirayədə qaldığı mənzildə mütəmadi olaraq içki məclisləri qurulub. Qonşuların dediyinə görə, ora narkomanlar toplaşıblar. Qadın uşaqlarını hamının gözü qabağında döyüb, yemək verməyib.

Ailədə baş verənlərdən yeganə zərərçəkməyən uşaq isə nənəsi ilə yaşayan 12 yaşlı oğlan olub.

Daha sonra evdə iki itin cəsədi də tapılıb.

Baş verənlərlə bağlı uşaqların anası saxlanılıb, ona qarşı iki və daha çox şəxsin qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıb.

Mənbə: “Shot” “Telegram” kanalı

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir