Dünya

Azərbaycanın İranla dövlət sərhədində yeni buraxılış məntəqələri inşa olunacaq

Sharing is caring!


Azərbaycanın İranla dövlət sərhədində yeni buraxılış məntəqələri inşa olunacaq.

Bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024-26-cı illər üçün Fəaliyyət Planı”nda əksini tapıb.

Qeyd edilib ki, Zəngilan rayonunun Ağbənd qəsəbəsində, Naxçıvan Muxtar Respublikasının ərazisində və Astara rayonunda dövlət sərhədində yeni buraxılış məntəqələrinin inşasına dair İran İslam Respublikası ilə razılaşdırıldıqdan sonra tikinti işlərinə başlanılacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir