Siyasət

İƏT PA-nın Üçüncü Ümumi Konfransının iştirakçıları Şuşada “Güllələnmiş heykəllər”i ziyarət ediblər – YENİLƏNİB

Sharing is caring!

İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransının iştirakçıları Şuşa şəhərində Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün güllələnmiş büstlərini ziyarət ediblər.

“Report”un xəbərinə görə, Azərbaycan əsilli məşhur Fransa fotoqrafı Reza Deqati “Güllələnmiş heykəllər”lə bağlı tədbir iştirakçılarına geniş məlumat verib.

09:52

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Parlament Assambleyasının (PA) Üçüncü Ümumi Konfransının iştirakçıları Şuşaya səfərə yola düşüblər.

“Report”un xəbərinə görə, onlar şəhərdə aparılan bərpa-quruculuq işləri ilə tanış olacaqlar.

Qeyd edək ki, İƏT PA-nın Baş katibi, Türkiyə, Pakistan, İran, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstanın parlament rəhbərlərinin başçılıq etdiyi nümayəndə heyətləri Azərbaycanda səfərdədirlər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir