Dünya

İsrail: Girovların azad edilməsi mürəkkəb proses olacaq

Sharing is caring!


Fələstinin radikal HƏMAS qruplaşması tərəfindən saxlanılan girovların azad edilməsi bir neçə mərhələdən ibarət olacaq mürəkkəb prosesdir.

Bu sözləri İsrail Müdafiə Ordusunun (SAXAL) sözçüsü Conatan Konrikus deyib.

“Bu, vaxt aparacaq və bir neçə mərhələdə davam edəcək mürəkkəb prosesdir. Bizim əsas prinsipimiz ilk növbədə girovların ailələrinə məlumat vermək, sonra isə ictimaiyyəti məlumatlandırmaq olub. Yaxın günlərdə bizi ağrılı və sevincli anlar gözləyir, həmçinin psixoloji terror cəhdlərinin olması da mümkündür”.

Xatırladaq ki, İsrail Milli Təhlükəsizlik Şurasının rəhbəri Tsaxi Haneqbi bəyan etmişdi ki, Qəzza zolağında saxlanılan girovların bir qrupunun azad edilməsi prosesi noyabrın 24-dən tez başlamayacaq. İsrailin məlumatına görə, HƏMAS girovluğunda 240-250 nəfər saxlanılır. Onların əksəriyyəti İsrail vətəndaşlarıdır.

Mənbə: The Jerusalem Post

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir