Dünya

Mehmet Süreyya Er: “Azərbaycan parlamentarizmi inkişaf yolunda inamla addımlayır”

Sharing is caring!


“Azərbaycan parlamentarizmi inkişaf yolunda inamla addımlayır”.

“Report” xəbər verir ki, bunu TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er Bakıda ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş “Heydər Əliyev və parlamentarizm” mövzusunda konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, parlament diplomatiyasının getdikcə artan rol oynadığı çağdaş dövrümüzdə səmərəli fəaliyyət göstərən güclü parlamentlərin mövcudluğu mühüm zərurətdir:

“Çevik mexanizm kimi parlament diplomatiyasının təqdim etdiyi imkanlar dövlətlərarası əlaqələrin inkişafında parlamentlərin xüsusi rolunu və çəkisini şərtləndirir. Ölkə daxilində və beynəlxalq əməkdaşlıq sahəsində məhsuldar fəaliyyəti həyata keçirən Milli Məclis Heydər Əliyev ideallarına söykənən müasir Azərbaycan parlamentarizmi inkişaf yolunda inamla addımlayır”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir