Dünya

Fransalı baş redaktor: “Ölkəmiz bir zamanlar müstəmləkə altında saxladığı ölkələrdə qanlı cinayətlər törədib”

Sharing is caring!


“Fransa bir zamanlar müstəmləkə altında saxladığı ölkələrdə qanlı cinayətlər törədib”.

“Report” xəbər verir ki, bunu Fransanın “Musulmans en France” xəbər portalının təsisçisi və baş redaktoru Jan Mişel Bryun Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Bakıda “Dekolonizasiya: Qadınların hüquqlarının və imkanlarının genişləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

“Məsələn, 1958-ci ildə Əlcəzairdə qadınları çadralarını çıxarmağa məcbur etdilər. Guya çadranın çıxarılması azadlıq simvoludur. Amma əsl azadlıq qadınların necə geyinəcəklərini məhz özlərinin seçə bilmələridir”, – o vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan gender bərabərliyi ilə bağlı nümunəvi ölkədir:

“Azərbaycanda qadınlar kişilərlə bərabər çalışırlar. Bu, Azərbaycan cəmiyyətində gender bərabərliyinin sübut edən nümunələrdən biridir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir