Dünya

İzmirdəki zəlzələ nəticəsində həyatını itirənlərin sayı 85 nəfərə çatıb – VİDEO

Türkiyənin İzmir şəhərində 6,6 bal gücündə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 85-ə çatıb.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat verib.

11:53

Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı artıb.

“Haber Global”ın yaydığı məlumata görə, Ətraf Mühit və Şəhərsalma Nazirliyindən bildirilib ki, zəlzələ nəticəsində ölənlərin sayı 83 nəfərə çatıb.

07:51

İzmirdə baş vermiş 6,6 ballıq zəlzələ nəticəsində ölənlərin sayı 79 nəfərə çatıb.

Bununla bağlı Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində ümumilikdə 962 nəfər xəsarət alıb. Onlardan 743-ü müalicə olunaraq evə buraxılıb. 219 nəfərin müalicəsi davam etdirilir.

Hazırda 8 binada axtarış-xilasetmə işləri davam edir.

Zəlzələdən sonra 1120 avterşok qeydə alınıb.

06:11

Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 76 nəfərə çatıb.

Bununla bağlı Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində ümumilikdə 962 nəfər xəsarət alıb.

01:48

İzmirdə baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 73 nəfərə çatıb.

Bu barədə Türkiyə mətbuatı yazıb.

23:05

Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 69 nəfərə çatıb.

Hazırda xəstəxanalarda 220 nəfərin müalicəsi davam etdirilir.

21:25

Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 64 nəfərə çatıb.

Bu barədə Türkiyə mətbuatı yazıb.

18:36

Türkiyənin İzmir şəhərində baş vermis zəlzələ nəticəsində ölənlərin sayı 62-ə çatıb.

Bu barədə Türkiyə mətbuatı yazıb. Yaralanan 940 nəfərdən, 218-nin müalicəsinin davam etdiyi bildirilir.

12:35

İzmirdəki zəlzələdə həyatını itirənlərin sayı 51 olub.

“Haber Global” məlumat verir ki, yaralanan 896 nəfərdən 682-si evə buraxılıb.

Hadisə yerində olan Türkiyə Prezidentinin köməkçisi Fuat Oktay zəlzələ ilə bağlı son məlumatları verib.

Onun sözlərinə görə, zəlzələnin vurduğu ziyan on günə qiymətləndirilməlidir.

Oktay qeyd edib ki, çox ziyan görmüş 26 bina təcili olaraq söküləcək.

O, 21 min nəfər üçün 3 880 çadır qurulacağını deyib və vətəndaşlara zədələnmiş binalara girməmələri barədə xəbərdarlıq edib.

11:04

Türkiyənin İzmir şəhərində güclü zəlzələnin ağır nəticələri davam edir.

“Haber Global” məlumat verir ki, dağıntılar zamanı həyatını itirənlərin sayı 49-a çatıb.

Səkkiz binada axtarış-xilasetmə prosesləri davam etdirilir.

Zəlzələnin ardınca 40-ı 4 baldan çox böyük olmaqla, 850 avtoşok qeydə alınıb.

Bildirilir ki, yaralanan 896 nəfərin 682-si xəstəxanadan buraxılıb, 214-ünün müalicəsi davam etdirilir.

07:56

Türkiyənin İzmir şəhərində 6,6 ballıq zəlzələ nəticəsində ölənlərin sayı artıb.

Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, təbii fəlakət nəticəsində həlak olanların sayı 42 nəfərə yüksəlib.

Zəlzələ zamanı həmçinin 896 nəfər xəsarət alıb, onlardan 667-si artıq evə buraxılıb. Hazırda 9 binanın dağıntıları altında axtarışlar aparılır.

00:50

Türkiyənin İzmir şəhərindəki zəlzələ nəticəsində həyatını itirənlərin sayı 39 nəfərə çatıb.

Bu barədə “Haber Global” Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadla məlumat yayıb.

Bildirlib ki, yaralı sayı 885 nəfərdir və dağıntıya məruz qalan 9 binada axtarış-xilasetmə işlər davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir