Dünya

İlon Maskın işçilərinin vəziyyəti ABŞ hökumətinin diqqətini çəkib

Sharing is caring!


“SpaceX”, “Tesla” şirkətlərinin və “X” sosial şəbəkəsinin sahibi İlon Maskın şirkətlərində çalışan işçilərin travmaları və xəsarətləri ABŞ hökumətinin diqqətini çəkib.

Bununla bağlı yayılan məlumata görə, ən azı üç deputat bu barədə araşdırma aparılmasının lehinə səs verib. Onların hamısı Demokrat Partiyasındandır və Kaliforniya, Nyu Cersi kimi ştatları təmsil edirlər.

Kaliforniyanın Elm, Kosmos və Texnologiyalar Komitəsinin baş demokratı Zoi Lofqren bildirib ki, mediada “SpaceX” şirkətinin işçilərinin xəsarət alması barədə xəbərlər dərin narahatlıq doğurur. O, buna çox ciddi yanaşmağın zəruriliyini vurğulayıb. Nümayəndələr Palatasının Təhsil və İşçi Qüvvəsi Komitəsinin üzvü Mark Takano da Lofqrenlə həmrəy olaraq eyni fikiri bildirib.

“SpaceX”də bu dəhşətli və tez-tez baş verən qayda pozuntuları qəbuledilməzdir. Xüsusilə federal hökumətin şirkətlə tərəfdaşlığı fonunda qurbanlara görə məsuliyyətə cəlb edilmənin vaxtı çoxdan çatıb”, – deyə Takano bildirib.

“SpaceX” şirkəti yayılan xəbərlərlə bağlı hər hansı şərh verməyib.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir