Dünya

İlıcalı “Survivor”da görmək istədiyi iki əfsanəvi futbolçunu açıqladı: “İndi texniki direktordurlar” – FOTO

Sharing is caring!


Məşhur türkiyəli iş adamı və “Hall Siti” klubunun sahibi Acun İlıcalı qatıldığı “Assist Analysis” proqramında “Survivor”da görmək istədiyi iki əfsanəvi futbolçunu açıqlayıb.

Superliqada çıxış edən hansı futbolçuları “Survivor”a aparmaq istədiyi ilə bağlı suala cavabında İlıcalı onları təqdim etməyə belə ehtiyacın olmadığını söyləyib.

“Emre Belezoğlu ilə Arda Turanı götür, sonra televizorun qarşısına keç və bax. Bundan sonra təqdim etməyimə belə ehtiyac yoxdur”, – deyə Acun bildirib.

Qeyd edək ki, hazırda Emre Belezoğlu “Ankaragücü” klubunun, Arda Turan isə “Eyüpspor”un texniki direktoru kimi çalışırlar.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir